“Quş qripi” ilə bağlı il başlayandan quşların yaz miqrasiyası dövründə dörd dəfə monitorinq aparılıb”. Bunu Lent.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, həmin vaxt quş qripi xəstəliyi aşkar edilməyib. “Quşların növbəti miqrasiyası Şimal tərəfdən olacaq. Həmin quşlar bir müddət ölkəmizin müəyyən bir hissəsində məskunlaşırlar və daha sonra isə cənub ölkələrinə gedirlər. Dövlət Baytarlıq Xidməti həmin miqrasiya dövrü başladıqda, monitorinqlərə start verəcək”-deyə, Y. Xanvəli əlavə edib.
Mətbuat katibi onu da vurğulayıb ki, monitorinqlərə noyabrın sonları və dekabrın birinci on günlüyündə başlamaq nəzərdə tutulur.