“Prezidentin şəhid və əlil uşaqlarının təhsilinə dair sərəncamı rəğbətlə qarşılanıb”
19 mart 2014 16:43 (UTC +04:00)

“Prezidentin şəhid və əlil uşaqlarının təhsilinə dair sərəncamı rəğbətlə qarşılanıb”

Təhsil Nazirliyi prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” sərəncamına rəsmi münasibət bildirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu sərəncam yüzlərlə azərbaycanlı ailəsinin sevincinə səbəb olub.

 

Bu sərəncamla Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan müvafiq kateqoriyadan olan tələbələrin təhsil xərcləri 2014-2015-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Qeyd olunan sərəncam müvafiq  tələbə kontingentini əlavə ödəniş qayğılarından azad edir ki, bu da onların təhsil uğurlarının yüksəlməsinə imkan verəcək.

Azərbaycanda həyata keçirilən sosial yönlü dövlət siyasətinin daha bir təzahürü olan bu sərəncam ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan müvafiq tələbələr, eləcə də geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715

Oxşar yazılar