“Peşə təhsilinə maraq artacaq”
02 oktyabr 2013 12:55 (UTC +04:00)

“Peşə təhsilinə maraq artacaq”

 

“Gələn il Azərbaycanda peşə təhsilinə maraq bu ilkindən daha çox olacaq”. bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda peşə təhsili sahəsinin canlandırılması üçün bir sıra layihələr həyata keçirilir. Müasir Azərbaycan peşəkarı şüarı adı altında belə layihələrin həyata keçirildiyini deyən nazirin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının artmasını nəzərə alaraq müxtəlif sahələrdə yüksək səviyyəli peşəkarlara ehtiyac var: “Hesab edirəm ki, bütün bu faktorlar peşə təhsilinin inkişafına öz təsirini göstərəcək və növbəti illərdə biz peşə təhsili məktəblərinə marağın artmasının şahidi olacağıq. Bütün bunlara baxmayaraq bu il də peşə təhsili müəssisələrinə qəbul tam normal şəkildə həyata keçirilir və bu sahədə hər hansı problemlər yaşanmır. Şagirdlər tərəfindən kifayət qədər müraciətlər olunur və onun nəticəsində hazırkı proses normal şəkildə həyata keçirilir”.

 

Təhsil naziri Mikayıl Cabbarov uşaq evlərində böyüyən gənclərin sonradan təhsillərini hansı formada davam etdiriləcəyi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, valideyn himayəsi olmayan uşaqların təhsil xərcləri dövlət tərəfindən ödənilir. Gələcəkdə də bu kimi tədris ocaqlarının məzunlarının sosial inteqrasiyası üçün tədbirlər davam etdiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 960

Oxşar yazılar