“Media və təhsil dialoqu: yeni çağırışlar” adlı praktik konfrans keçirilir
09 iyun 2014 11:00 (UTC +04:00)

“Media və təhsil dialoqu: yeni çağırışlar” adlı praktik konfrans keçirilir

0

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda praktik konfrans keçirilir. Lent.az-ın məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin mətbuat əlaqələndiriciləri, media qurumlarının rəhbərləri, jurnalistlər iştirak edir.

Konfrans 2 paneldən ibarətdir. “Təhsildə media təfsilatı” mövzusundakı birinci panel Bakı Dövlət Universitetində keçirilir. Burada Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov və Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətov “Təhsil Nazirliyinin media ilə əməkdaşlıq təcrübəsi” mövzusunda məruzə ilə çıxış edir.

Müzakirələrdən sonra tədbir “Krizis kommunikasiyada media” mövzusunda Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimovanın məruzəsi ilə davam etdiriləcək.

Konfransın ikinci paneli Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək. Burada “APA Holdinq” MMC-nin prezidenti Vüsalə Mahirqızı “Sosial mediada təhsil mövzusu” adlı məruzə ilə çıxış edəcək. Tədbirdə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün “Sosial mediada PR texnologiyaları” və təhsil eksperti Asif Cahangirovun “Mediada qeyri-peşəkarlıq problemi” mövzularında məruzələr edəcəyi nəzərdə tutulub.

Konfransın “Media və təhsil dialoqu” mövzusunda müzakirələrlə başa çatdırılması planlaşdırılıb.

Qeyd edək ki, tədbirə “APA-Holdinq”, “Azad Azərbaycan” televiziyası, “Azərbaycan müəllimi” qəzeti informasiya dəstəyi verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 788

Oxşar yazılar