“Magistr” jurnalının 2-ci sayı nəşr olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, jurnalda 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul elanı, magistraturaya ərizə verən bakalavr üçün təlimat, bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi, qəbul imtahanında iştirak etmək üçün yerinə yetiriləcək prosedurların xronoloji ardıcıllığı, qəbul imtahanının mərhələlər üzrə məzmunu, müsabiqə şərtləri öz əksini tapıb.
Magistraturaya qəbul imtahanına hazırlaşan bakalavrlar bu test tapşırıqları vasitəsi ilə birinci mərhələ üzrə imtahanda onlara təqdim olunacaq sualların modeli ilə yaxından tanış olmaq, həmçinin öz hazırlıq səviyyələrini yoxlamaq imkanı qazanacaqlar.