“İctimai davranış qaydaları - gəncliyimizin qarantıdır”
16 dekabr 2013 13:21 (UTC +04:00)

“İctimai davranış qaydaları - gəncliyimizin qarantıdır”

 “Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İctimai davranış qaydaları - gəncliyimizin qarantıdır! layihəsi çərçivəsində Hacıqabul rayonunda təlimlər və ictimai görüşlər keçirib.

 

Lent.az-ın verdiyi məlumata görə, təlimlər zamanı 2 lider və 8 üzvdən ibarət olan Gənclər Qrupu yaradılıb.

 

Gənclər Qrupunun üzvləri arasından daha fəal olan gənclər seçilərək təşkilatımızın növbəti fəaliyyətlərinə də cəlb olunub. Qrup üzvlərinə ictimai davranış qaydalarını, onun növlərini izah edən maarifləndirici bukletlər paylanıb.  İctimai görüşlər zamanı gənclərin iştirakı ilə küçələrdə ictimai davranış qaydaları mövzusunda müxtəlif problem situasiyalar qurularaq gənclərin həmin situasiyalarda iştirakı təmin olunub. Bu yolla ictimai davranış qaydaları həm gənclərə təcrübə yolu vasitəsilə öyrədilib, həm də ətraf insanlara da ictimai davranış qaydalarının düzgünlüyü nümayiş olunub.

 

Layihə çərçivəsində gənclərlə növbəti görüş Mingəçevir şəhərində həyata keçiriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Oxşar yazılar