Əsrin faciəsi
18 dekabr 2013 13:17 (UTC +04:00)

Əsrin faciəsi

Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan  Xocalı soyqırımı və ümumiyyətlə, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün məşəqqətlərinin dünya ictimaiyyətinə detalları ilə çatdırılması, qəti, birmənalı mövqe formalaşması üçün ciddi və məqsədyönlü iş aparılır. Çünki soyqırıma siyasi münasibət bildirilməməsi yeni soyqırımların baş verə biləcəyi qənaətini, həmçinin zəminini yaradır. Eyni zamanda soyqırım aktının obyektiv şəkildə tanınması dünyəvi birliyin, həmrəyliyin, humanizmin təsdiqi, beynəlxalq isbatının nəticəsi kimi zəruridir. Xocalı soyqırımı Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasətin tərib hissəsi olmaqla erməni vandalizminin, vəhşətinin də ən pik nöqtəsidir. Bu faciə hər şeydən əvvəl insanlığa, humanizmə qarşı törədilmiş bir aktdır. XX əsrin ən qanlı və dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması və soyqırım kimi qəbul oluması, ona siyasi qiymət verilməsi istiqamətində həyata keçirilən siyasət artıq öz müsbət nəticələrini göstərməkdədir. Bu gün dünyanın  bir sıra dövlətləri tərəfindən  bu soyqırım aktı pislənmişdir. Lakin bu tanınma ilə kifayətlənmə mövcud  Xocalı həqiqətlərinin dünyaya bəyan olunması, obyektiv şəkildə qiymətləndirilməsi naminə yorulmaz fəaliyyət  Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun fəaliyyətində aydın şəkildə təcəssüm olunmuşdur. Məhz Forumun birbaşa yorulmaz zəhməti Xocalı həqiqətlərinin dünyanın bir çox ölkələrində yayılması, yüzilin soyqırım vəhşətinin nümayişi ilə nəticələnmişdir. Dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 40-cı sessiyasında təmsil olunan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən sessiyanın gündəliyinə Xocalı faciəsini soyqırımı aktı kimi tanımaq barədə qətnamə layihəsi təqdim edilmişdir. İƏT XİNŞ həmin qətnaməni qəbul etməklə Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan etdi. Sessiyanın bəyannaməsində “Xocalıya ədalət” kampaniyasına dair yer alan xüsusi bənddə deyilir: “İƏT XİNŞ “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırımı aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır”. Kampaniya çərçivəsində DƏ-İKGF-in apardığı məqsədyönlü iş nəticəsində ilk dəfə olaraq Xocalı faciəsi İƏT Parlamentlər İttifaqı tərəfindən insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmışdır.  Qeyd etmək lazımdır ki, İƏT XİNŞ faciəni soyqırımı aktı kimi ilk dəfə 2012-ci ilin noyabrında Cibutidə keçirilən 39-cu sessiyasında tanımışdır. Görülən fəaliyyətin nəticəsində 2013-cü ilin fevralında Qahirədə keçirilən İƏT-in ali orqanı olan dövlət başçılarının zirvə görüşündə Xocalı faciəsi insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanındı.

Lakin bu sadalanan göstəricilərlə kifayətlənmək istər siyasi, istərsə də mənəvi baxımdan düzgün deyildir. Bu gün çıxmilyonlu Azərbaycan millətinin qarşısında duran əsas vəzifələrdən biri məhz harada yaşamasından asılı olmayaraq ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, ən azından Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.

 

 

Nailə Məmmədova

ərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917
avatar

Oxşar yazılar