Bu kitabı bütün dünyada tanıyırlar – “Ginnesin Rekordlar Kitabı”nı. İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunan rekordlar kitabı, hazırda dünyanın 100-dən çox ölkəsində 24 dildə çap edilir. Bu kitab insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuədir.
”Ginnesin Rekordlar Kitabı”nı Azərbaycanın gündəminə bu yaxınlarda Gürcüstanın Borçalı mahalında yaşayan azərbaycanlı, «Maqnit adam» ləqəbi ilə tanınan Etibar Elçiyev gətirdi. Öz bədəni ilə dəmir əşyaları saxlamağı bacaran E. Elçiyev bir dünya rekorduna imza ataraq, “Ginnesin rekordlar kitabı”nın 2014-cü il üçün hazırlanmış versiyasına düşməyi bacarıb.
E. Elçiyev bədənindəki xüsusi maqnit cazibəsinin köməyi ilə eyni vaxtda bədənində saxladığı metal qaşıqları sayına görə üzrə dünya rekordu vurub. «Maqnit adam» bədənində eyni vaxtda 50 qaşıq saxlayıb.
E. Elçiyev “Ginnesin rekordlar kitabı”na düşən ilk azərbaycanlı deyil. Ondan əvvəl daha 5 azərbaycanlı və ya Azərbaycan vətəndaşı bu kitaba düşməyi bacarıb. Lent.az modern.az-a istinadən onların siyahısını təqdim edir:
Fəxrəddin Vəliyev: Cəbrayıl rayonunda anadan olub, hazırda Belçikada yaşayan F. Vəliyev 2004-cü ildə adı "Ginnesin rekordlar kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) çəkməklə bu nailiyyətə çatıb. F. Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib.
Onun 1992-ci və 1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgiləri təşkil edilib.
2003-cü ilin dekabr ayında Brüsseldəki məşhur "Belqium" muzeyində Belçika kraliçası Fabiolanın rəsmini çəkib. Əsər kraliçanın çox xoşuna gəlib və o, həmyerlimizə məktub vasitəsi ilə öz təşəkkürünü bildirib.
Vətənimizin Belçikada tanınması sahəsində yorulmadan təbliğat aparan F. Vəliyev həm də bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.
Ələsgər Həsənzadə: Lənkəran rayonu Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord "Ginnesin Rekordlar Kitabına" düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb.
Stanislav Şpanin. 1990-cı ildə Bakı şəhərində anadan olmuş Stanislav milliyətcə rus olsa da, 2002-ci ildə Azərbaycan vətəndaşı kimi "Ginnesin Rekordlar Kitabı”na düşüb. O, dünyanın ilk gənc professional rəssamı kimi rekordlar kitabına adını yazdırıb. Stanislav Şpanin gənc rəssam olaraq bir çox beynəlxalq mükafatların sahibdir. O, 2005-ci ildən ABŞ-da yaşayır.
Qədir Hüseynov: Azərbaycanlı şahmar qrossmeysteri. 1986-cı ildə anadan olmuş Q. Hüseynov 1994-cü ildə Rumıniyada keçirilən Avropa çempionatında 1-ci yeri tutaraq 8 yaşında qazandığı bu nailiyyətə görə "Ginnesin Rekordlar Kitabı”na düşüb. O, Müstəqil Azərbaycan Respublikasına qızıl medal qazandıran ilk şahmatçı kimi də tarixə düşüb.
Hüseyn Rzazadə. Güney azərbaycanlıdır. 1978-ci ildə Ərdəbildə anadan olub. Ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionudur. Soydaşımız "Ginnesin Rekordlar Kitabı"na planetimizin an güclü pəhləvanı kimi daxil olub. 263 kiloqram ağırlığı başı üzərinə qaldıran Hüseyn 2004-cü ildə 263.5 kq. ağırlığı qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələyib.
Muxtar Səfərov. Hazırda bütün dünyada model, stiptizçi aktyor olaraq tanınan M. Səfərov dünyanın ən böyük cinsi organına sahib kişisi olaraq "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Bakıda doğulub böyüyən M. Səfərov əvvəllər kikboksinq, bodobildinqlə məşğul olub. M. Səfərov bodibildinq yarışlarında tanınandan sonra Moskvaya model agentliyinə dəvət alıb və dünyada məşhurlaşması bundan sonra başlayıb. O, Bakıdan Moskvaya köçüb, daha sonra ABŞ və Braziliyiada yaşayıb. Hazırda isə İngiltərə paytaxtı Londonda yaşayır. Özünün dediyinə görə, rus, ingilis və portuqal dilində mükəmməl danışır. Eyni zamanda ispanca da bilir. O hazırda dünyanın məşhur model agentlikləri və ünlü modellərlə birgə çalışır.