Cərimə meydançalarından yığılan <span style="color:red;">DAYANACAQ PULLARI : əlavə ödəmə olmalıdır? - <span style="color:red;">RƏİS AÇIQLAYIR
08 oktyabr 2019 18:00 (UTC +04:00)

Cərimə meydançalarından yığılan DAYANACAQ PULLARI: əlavə ödəmə olmalıdır? - RƏİS AÇIQLAYIR

Cərimə meydançalarında saxlanılan avtomobillər üçün sahiblərindən cərimədən əlavə pul alınmalıdırmı? Bu barədə hər hansı bir dövlət qanunu varmı? Nə üçün cərimə meydançalarında saxlanılan maşınlara görə sahiblərindən gündəlik ödəniş tələb olunur?
 
Lent.az-ın suallarını Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov cavablandırıb. Şöbə rəisi verdiyi açıqlamada, avtomobillərin növünə görə pul alınmasının düzgün olduğunu bildirib:
 
 
“Nazirlər Kabinetinin avtomobillərin saxlanca qəbul edilməsi barədə qərarı var. Qərara əsasən, yüngül minik maşınları üçün gündəlik 1 manat, yük avtomobilləri üçün isə 3 manat pul yığılır. Bu belə də olmalıdır. Bir sürücü və yol polisi əməkdaşı kimi deyirəm ki, cərimə meydançalarında saxlanan maşın sahiblərindən pul alınmalıdır. Avtomobillər orada müvəqqəti mühafizə olunur. Əgər avtomobillərin gündəlik saxlanması üçün pul tələb olunmasaydı hər kəs aparıb maşını atardı ora, heç arxasınca gəlməzdi. Birmənalı olaraq, avtomobil Dövlət Yol Polisi əməkdaşları tərəfindən kənarlaşdırılıb cərimə meydançasına yerləşdirilirsə, avtomobillərin növünə əsasən hər gün üçün müəyyən qədər ödəniş edilməlidir. Həmin ödənişlər də vergiyə, işçilərin əməkhaqqına və.s digər xərclərə yönəldilir”.
 
İqtisadçı ekspert Pərviz Heydərov da Lent.az-a verdiyi açıqlamada ödənişlərin qanunlarla tənzimləndiyini bildirib:
 
 
“Cərimə meydançalarındakı maşın sahiblərindən pul yığılması Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Qonşu ölkələrdə də cərimələr Azərbaycana nisbətən yüksəkdir. Azərbaycan da bu istiqamətdə xarici ölkələrlə bərabərləşməyə doğru gedir. Yığılan pullar da ümumi xəzinəyə - büdcəyə gedir. Bu da müxtəlif səbəblərdən - mədaxil məbləğlərinin doldurulması, xərclərin artması və.s kimi amillərlə bağlı olaraq tələb olunur”.
 
Avtomobil eksperti Elməddin Muradlı isə Lent.az-a açıqlama verərkən, uzun müddət cərimə meydançasında qalan maşınlar üçün güzəştin vacib olduğunu vurğulayıb:
 
 
“Bu ənənə sovet dövründən qalır. Dövlət Yol Polisi öz istəyi ilə pul yığmır. Hökumətin bu barədə müvafiq qərarı var. Qərara əsasən, minik avtomobilləri duracaqda saxlanılarkən günü 1 manatdan hesablanır. İri avtomobillər üçün fərqli qiymətlərdir. Düşünürəm ki, elə də böyük bir məbləğ deyil. Amma hesab edirəm ki, uzun müddət orada qalan maşınlar üçün güzəşt tətbiq olunmalıdır. Maşınlar var ki, 1 il, 2 il hətta 10 ildir ki, cərimə meydançasındadır sahibləri gəlib götürmür. Təyin olunan qiymətə əsasən, 10 il saxlancda qalan maşın üçün 3650 manat pul ödənməlidir. Halbuki həmin ağır qəza keçirən maşını heç metalloma 2000 manata da vermək olmur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1493
avatar

Mehman Nəbiyev

Oxşar yazılar