“Dövlətçiliyimiz üçün təhdiddir”
13 yanvar 2014 09:45 (UTC +04:00)

“Dövlətçiliyimiz üçün təhdiddir”

Dünən “Yeni Üfüq ” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli ölkənin bir qrup ziyalı qadınları ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə ölkənin mənəvi mühitində baş verən son hadisələr geniş müzakirə olunub.

Sevinc Əzimbəyli Azərbaycanda tolerant şəraitin olduqca yüksək səviyyədə olmasının müsbət hal olduğunu deyib: “Ancaq dövlətin yaratdığı bu münbit tolerant şəraitdən sui- istifadə edən təhlükəli qüvvələrin mövcudluğu dövlətçiliyimiz üçün təhdiddir. Son aylar özlərini “islam təəssübkeşi” sayan bir sıra Azərbaycanlı gənclərin Suriyada öz din qardaşlarına qarşı müharibədə öldürülməsi olduqca təhlükəli faktdır”.

Təşkilat rəhbəri görüş zamanı İslam peyğəmbəri Həzrəti Məhəmmədin bütün insanlığa nümunə olan müqəddəs kəlamlarından geniş söz açıb. Sevinc Əzimbəyli milli və mənəvi dəyərlərin erkən vaxtdan uşaqlara, yeniyetmələr aşılanmasının vacibliyini bildirərək, bu həssas məsələdə Azərbaycanlı anaların övladlarına öz dini və milli kimliklərini bərabər tanıtmaqla vətənimizə misilsiz xidmətləri ola biləcəyini diqqətə çatdırıb. Tədbirin sonunda Azərbaycan şəhidlərinin ruhuna ehsan verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998
avatar

Oxşar yazılar