“Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” müsabiqəsinin qalibləri bəlli oldu
17 aprel 2019 12:54 (UTC +04:00)

“Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” müsabiqəsinin qalibləri bəlli oldu

Təhsil Nazirliyi və TİKA-nın dəstəyi ilə “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi tərəfindən həyata keçirilən  “Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” adlı layihənin birinci mərhələsi yekunlaşıb.

 

Lent.az  xəbər verir ki. “Dəyərlərimizlə gələcəyimizi qoruyaq” şüarı ilə keçirilən layihənin hədəf auditoriyası 6-7-8-ci sinif şagirdləri olub.

 

Layihənin məqsədi milli-mənəvi dəyərlərə, Azərbaycan xalqının əsrlərdən bəri qoruyub saxladığı və nəsildən-nəslə ötürdüyü ənənələrə sadiq, eyni zamanda hərtərəfli, düzgün inkişaf etmiş vətəndaş və əxlaqlı bir şəxsiyyət kimi yetişməsində cəmiyyətə dəstək olmaqdır.

 

Uşaqların asudə vaxtlarını faydalı araşdırmalara, dəyərləri öyrənərək yaşam və davranışlarına tətbiq etməyə yönəltməkdir.

 
Layihə çərçivəsində keçirilən təqdimatlara Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan 80 ümumtəhsil məktəbindən 5714 şagird, bölgələr üzrə 11 rayonun (Astara, Lənkəran, Masallı, Salyan, Şirvan, Hacıqabul, Zaqatala, Balakən, Şəki, Oğuz, Qəbələ) 202 məktəbindən 1883 şagird qatılıb.
 
 
Şagirdlər ”Milli mənəvi dəyərlərə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazı” mövzusunda “Ən yaxşı hekayə” və “Ən yaxşı videoçarx” nominasiyaları uğrunda yarışıblar.
 
Sonra təntənəli şəkildə qaliblərin mükafatlandırılması mərasimi olub. Qaliblərə hədiyyə və diplomlar təqdim edilib, müsabiqədə fəal iştirak edən şagirdlərə simvolik hədiyyələr, təşəkkürnamə verilib.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Aygün İbrahimli

Oxşar yazılar