“Birinci sinfə gedən şagirdlərin sayı durmadan artır”
14 dekabr 2013 13:18 (UTC +04:00)

“Birinci sinfə gedən şagirdlərin sayı durmadan artır”

“Hazırda Azərbaycanın ümumtəhsil sistemində 4513 təhsil müəssisəsi, 1 milyon 288 min şagird, 151 min 538 nəfər müəllim heyəti, ümumi şagird müəllim nisbəti 1:8, orta şagird sıxlığı 16 nəıfər təşkil edir”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, son illər ölkədə müsbət demokrafik dəyişiklərin baş verməsi nəticəsində birinci sinfə gedən şagirdlərin sayı durmadan artır: “2013-2014-cü tədris ilində 137 mindən çox şagird məktəbə qədəm qoyub. Bu rəqəm növbəti illərdə daha da artacaq və biz də onları hər zaman qəbul etməyə hazırıq.


108 ilk peşə ixtisas təhsili müəssisəsində 29 min 337 nəfər təhsil alır. Orta ixtisas təhsili pilləsində 64 min 116 tələbə 59 təhsil müəssisəsində oxuyur. 44 mülkü ali təhsil ocağında bakalavr səviyyəsində 136 min 682 nəfər, magistratura səviyyəsində 11 mindən çox tələbə təhsil alır.
Son illər ərzində 2700-dən çox məktəb əsaslı təmir olunub. Bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb”.

Nazirin sözlərinə görə, xaricdə təhsil proqramı çərçivəsində bu günə qədər 2612 gənc DNF-un hesabına maliyyələşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870

Oxşar yazılar