”Azərbaycanda son illərdə bəzən xəstələr tam göstəriş olmadığı hallarda hemodializə cəlb olunurlar. Xəstələrin hemodializə qoşulması üçün konkret göstəricilər var”. Lent.az-ın məlumatına görə, bunu Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev bildirib.
O qeyd edib ki, xəstəxanaya müraciət edən xəstələr arasında 19 nəfər xəstə bir neçə seansdan sonra hemodializdən ayrılıb. “51 nəfər xəstə isə konservativ müalicəyə cəlb olunub və onlarda hemodializ seansları aparılmayıb. Çox istərdim ki, Səhiyyə Nazirliyinin hemodializ üzrə komissiyası xəstələrin sənədlərinin qəbul edilməsi və onların hansısa mərkəzə yerləşdirilməsi ilə deyil, eyni zamanda xəstələrin tibbi klinik durumlarına yanaşma ilə də məşğul olsun”.
Şöbə müdirin sözlərinə görə, texniki cəhətdən müəyyən problemlər mövcuddur. “Həftədə 4-5 dəfə regionlarda fəaliyyət göstərən mərkəzlərdən komissiya üzvlərinə bir çox müraciətlər daxil olub. Texniki cəhətdən problemin həll olunması üçün texniki heyətin sayının artırılmasına böyük ehtiyac var. Digər problem isə bu sahədə çalışan işçilərin əmək haqları ilə bağlıdır.
F. Babayev onu da vurğulayıb ki, bu sahədə çalışan işçilərin hansısa formada əməyinin stimullaşdırılması məsələsinə baxmaq lazımdır. “Tibb işçilərinin həvəsini, marağını bu sahəyə artırmaq üçün əmək haqlarının nisbətən artırılmasına ehtiyac var. Bu problem həll edilsə, mövcud sahə üzrə kadr çatışmazlığı məsələsinin həllinə də nail olmaq olar”.

“Bəzən xəstələr göstəriş olmadığı halda hemodializə cəlb olunurlar”
Oxşar yazılar

"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?
9 iyul 2025 , 14:40
Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ
9 iyul 2025 , 14:00
Qadınlara bu hədiyyələri vermək olmaz - Bədbəxtlik gətirir
9 iyul 2025 , 12:17
Sabah 38 dərəcə isti olacaq - hava PROQNOZU
9 iyul 2025 , 12:03
Pensiya alanlara ŞAD XƏBƏR: pullar bu tarixdə veriləcək
9 iyul 2025 , 11:44
Bu BÜRCLƏRİN həyatında yaxın günlərdə möcüzələr baş verəcək
9 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
9 iyul 2025 , 08:18