Tanınmış memar Novruz Eldarlı uzun müddətdir haqqında danışılan “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin rəhbərliyindən uzaqlaşdırılıb. Lent.az-ın məlumatına görə, hər il müqavilə ilə təsdiqlənən layihə rəhbəri vəzifəsi üçün bu il Novruz Eldarlıya müraciət edilməyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının regional inkişafı ilə bağlı hazırlanmış konseptual planın hazır olmasını və digər məqamları əsas gətirərək Novruz Eldarlı ilə əməkdaşlığı dayandırıb.
Qeyd edək ki, Bakının konseptual inkişaf planı hazır olsa da, hələlik təqdim edilməyib.