“Azərsu” Açıq Səhmdar Cəmiyyəti şəhər və rayon mərkəzlərində, eləcə də kəndlərdə içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması üzrə genişmiqyaslı işlər həyata keçirir. Bu barədə Lent. az-a qurumdan məlumat verilib. Belə layihələrdən biri Salyanın Xıdırlı kəndində icra edilib və oktyabrın 1-də kəndə su verilməsi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov uzun illər Xıdırlı kəndində içməli su probleminin olduğunu qeyd edib. O, “Azərsu” ASC tərəfindən həyata keçirilmiş layihənin icrası nəticəsində qısa müddətdə kəndin su təchizatının yaxşılaşdırıldığını diqqətə çatdırıb.