Aprelin 10-da gün ərzində Yeni Günəşli yaşayış massivinə, Suraxanı və Qaraçuxur qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Lent.az-a "Azərsu” ASC-dən bildirilib.
Məlumata görə, suyun verilməsində məhdudiyyətlər Suraxanı rayonu ərazisində magistral xətlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar.
“Azərsu” ASC yaranmış narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.