“Azəriqaz” Qurban bayramında gücləndirilmiş rejimə keçəcək
11 oktyabr 2013 18:42 (UTC +04:00)

“Azəriqaz” Qurban bayramında gücləndirilmiş rejimə keçəcək

ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı münasibəti ilə 13 oktyabr 2013-cü il tarixindən etibarən gücləndirilmiş iş rejiminə keçəcək.

 

ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir.

 

“Azəriqaz”da 185 nömrəli “qaynar xətt”in iş saatı artırılacaq, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək. Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcək. “Azəriqaz” bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014
avatar

Oxşar yazılar