“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
14 mart 2014 16:46 (UTC +04:00)

“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

Dövlət Neft Şirkətinin  “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı ilə əlaqədar martın 19-27-də gücləndirilmiş rejimdə işləyəcək.  Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

 

Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

 

Belə ki, 185 nömrəli “Qaynar xətt»”in və 104 nömrəli Qəza Xidmətinin fəaliyyəti gücləndiriləcək, yerli qaz istismar sahələrinin məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. “Azəriqaz” İB bütün təbii qaz istehlakçılarından Novruz bayramı günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430

Oxşar yazılar