“Azercell” YAP-cı deputata cavab verdi
17 mart 2014 12:08 (UTC +04:00)

“Azercell” YAP-cı deputata cavab verdi

14 mart 2014-cü il tarixində lent.az saytında “YAP-çı deputatdan “Azercell”-ə irad: “Məndən xəbərsiz məndən pul çəkirlər!”” (http://news.lent.az/news/159170) və apa.az saytında “Milli Məclisin deputatı “Azercell”in ünvanına ittihamlar səsləndirib” (http://az.apa.az/news/335510) adlı məqalə yerləşdirilib.  Məqalədə əks olunmuş əsasız məlumatlarda qərəzli formada “Azercell Telekom” MMC-nin adı hallandırılır.

Hesab edirik ki, məqalələrdə qeyd edilmiş fikirlər “Azercell Telekom” MMC-nin təqdim etdiyi xidmətlər barədə məlumatsız olmaqdan irəli gəlmişdir. İlk növbədə nəzərinizə çatdırırıq ki, “Azercell Telekom” MMC tərəfindən abunəçilərə təqdim edilən telekommunikasiya xidmətləri ilə əlaqədar fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qurulmuşdur. “Azercell Telekom” MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətləri çərçivəsində abunəçilərin şəxsiyyətindən, fiziki sağlamlığından, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, mənsub olduğu ölkədən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına, digər ictimai birliklərə mənsubiyyətindən, həmçinin abunəçilərin bir-biri barədə öz mövcud rəy, mülahizə və münasibətindən, o cümlədən digər hallardan asılı olmayaraq heç bir fərq qoyulmur, hər hansı məhdudiyyət və yaxud üstün imkanlar tətbiq edilmir. Öz işgüzar nüfuzunun daima yüksəkdə qalması üçün çalışmaqla, keyfiyyətli xidmət göstərməklə, abunəçilərə qarşılıqlı hörmət və qayğı ilə yanaşmaqla səmimi münasibətlərə nail olmuş, öz fəaliyyətini Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qurmuş “Azercell Telekom” MMC tərəfindən normativ aktların tələblərinə riayət edilir.

“Azercell Telekom” MMC tərəfindən xidmətlərdən (o cümlədən Mobil İnternet xidmətindən) istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair öhdəlik götürülməmişdir. Abunəçilər nömrələrinin balanslarına kifayət qədər şəffaf formada, müxtəlif xidmətlər vasitəsi ilə nəzarət etmək imkanına malikdirlər. Abunəçilər nömrənin cari vəziyyəti (o cümlədən mövcud kredit limitinin həcmi) barədə məlumatı 650 (həmçinin online müştəri xidmətləri\şəxsi kabinetim; Mobil İnternet Xidməti çərçivəsində isə balans barədə məlumat 2525 qısa nömrəsinə BALANS sözünü yazıb göndərməklə-xidmət haqqı 0,01 manat) xidməti vasitəsi ilə əldə etməsi mümkündür. Bundan başqa Abunə Müqaviləsinin müddəalarına əsasən hər hansı məlumatın, məbləğin abunəçi tərəfindən anlaşılmaması, yaxud şübhə altına alınması həmin məbləğin ödənilməməsi üçün əsas deyil. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək tövsiyə edilir. Həmçinin də, abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, qüvvədə olan tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

“Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər çərçivəsində abunəçilər Mobil İnternet xidmətindən istifadə edərkən tariflərə uyğun olaraq (Mobil İnternet Paketi aktiv olduqda həmin paketə uyğun olaraq, heç bir Mobil İnternet paketi aktiv olmadığı halda hər 1 MB üçün - 0,40 manat, ƏDV daxil) haqq hesablanır. “Azercell Telekom” MMC və ya hər hansı bir digər operator abunəçinin əvəzinə, nömrədə istifadə edilən mobil telefon cihazına və ya smartfon tipli cihaza internet xidməti vasitəsi ilə hər hansı yükləmə etmir. “Azercell Telekom” MMC digər operatorlar kimi yalnız telekommunikasiya xidmətləri göstərir. Müvafiq nömrədə istifadə edilən cihazın sazlanması, cihazda mövcud olan müxtəlif proqram təminatlarının avtomatik yenilənməsi, həmçinin cihazdan istifadə qaydaları və s. barədə məlumat əldə edilməsi üçün, o cümlədən öz istək və mülahizələri ilə əlaqədar, abunəçilərə servis məntəqələrinə müraciət etmək tövsiyə edilir.

Göstərilənlərlə yanaşı diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin şirkətimizdə mövcud olan prosedura və təlimatlara əsasən “Azercell Telekom” MMC-yə hər hansı müraciət daxil olduqda araşdırmaya ehtiyac olmadıqda dərhal, belə ehtiyac olduqda isə lazımı araşdırmalar aparıldıqdan sonra yoxlanılmış konkret məsələyə dair ətraflı izahlar, cavablar müvafiq müddət ərzində təqdim olunur. Hər hansı abunəçi, 3-cü şəxs və yaxud KİV-dən daxil olan müraciətə baxılmaması, vaxtında cavablanmaması, süründürməçiliyə yol verilməsi ilə bağlı, o cümlədən nömrənin balansından göstərilməmiş xidmətə görə məbləğ silinməsi ilə bağlı irad və qeydlər həqiqətə uyğun deyil. Əgər belə hala yol verilməsi faktları mövcuddursa, aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün “Azercell Telekom” MMC-yə təqdim etməyinizi xahiş edirik. Bütün bunları nəzərə alaraq müvafiq məqalələrdə əks olunmuş həqiqətəuyğun olmayan məlumatlara görə təkzib vermənizi, yuxarıda qeyd edilənləri “Azercell Telekom” MMC-nin mövqeyi kimi qəbul edib, onu olduğu halda saytlarınızda yerləşdirməyi və gələcəkdə “Azercell Telekom” MMC-nin adı hallanan və onun fəaliyyətinə toxunan yazılar dərc olunmamışdan əvvəl mövqeyimizi öyrənməyi xahiş edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 857
avatar

Oxşar yazılar

Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21
Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

27 iyun 2024 , 15:16
Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

27 iyun 2024 , 13:45
Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

27 iyun 2024 , 13:19