
“ASAN Xidmət”ə yeni sədr təyin edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni sədr təyin edilib.
Lent.az-ın xəbərinə görə, prezidentin sərəncamı ilə Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin olunub.
Qeyd edək ki, 1985-ci il təvəllüdlü Ü.Mehdiyev 2009-2012-ci illərdə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi, 2012-ci ildən isə həmin şöbədə sektor müdiri vəzifəsində işləyib.
O, Azərbaycan prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə “ASAN Xidmət”ə sədr müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.
Oxşar yazılar

Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29