“ASAN” xidmətdən bakılılara şad xəbər
03 fevral 2014 12:24 (UTC +04:00)

“ASAN” xidmətdən bakılılara şad xəbər

Bu gündən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Bakı şəhəri üzrə səyyar xidmətlərin həyata keçirilməsinə başlayır. Bu barədə Lent.az-a qurumdan məlumat verilib. Səyyar xidmətlər dedikdə şəxs qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla onun iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

Pilot layihə Bakı şəhərinin Nərimanov rayonunda baş tutacaq.

Xidmətin sifarişi 108 nömrəli “Çağrı” mərkəzi vasitəsi ilə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1541

Oxşar yazılar