Bu günə kimi Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti adı altında çap olunan kitab yeni nəşrində “Orfoqrafiya normaları” adlandırılacaq.
Bunu Lent.az-a açıqlamasında Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, kitabın çap olunması üçün Prezident Administrasiyasından qaydalarla bağlı tövsiyələri gözləyirlər: “Prezident Administrasiyasının tövsiyələrindən sonra Nazirlər Kabineti lüğətlə bağlı qaydaları təsdiq edəcək və bundan sonra kitab nəşrə veriləcək. Budəfəki lüğətə 4000 yeni söz daxil edilib,1000-ə yaxın söz çıxarılıb. “Orfoqrafiya normaları”nda təxminən 110-115 min söz yer alacaq. Budəfəki nəşrə nəşriyyatın söz əlavə etmək haqqı verilməyəcək”.
Qeyd edək ki, sonuncu “Orfoqrafiya lüğəti” 2013-cü ildə nəşr olunub. Kitabda 110563 söz yer alıb.