”Bu il imtahanlardan keçmiş 244 müəllim işi qəbul etməyib”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. Nazir bu sahədə araşdırma apardıqlarını, müəllimlərin əsasən rayonlara işləməyə getmək istəmədiklərinin üzə çıxdığını vurğulayıb.
O, işdən imtina edən müəllimlərin 82 faizinin qadın olduğunu qeyd edib. M. Cabbarov bu sahədə problemin aradan qaldırılması üçün müəllimlərin stimullaşdırılmasını, müəllimlər üçün xüsusi ipoteka rejiminin tətbiq olunmasını zəruri sayıb.