Dəbli və zövqlü geyinməyi sevənlər üçün yeni ünvan – “Agazza”.
APA TV-nin məlumatına görə, paytaxtda yeni moda evi – “Agazza”nın açılışı olub. Mərasimdə bir çox tanınmış şəxslər iştirak edib.
15 ildir fəaliyyət göstərən “Agazza” brendi tam fərqli seçimlər təklif edir. Müştərilərin zövqünə uyğun ipək, yun, kətan və başqa növ ən yüksək keyfiyyətə malik parçalar əcnəbi ölkələrdən gətirilir. "Agazza" moda evinin nümayəndəsi Ruslan Məmmədovun sözlərinə görə, bu günə qədər yalnız yerli bazar üçün məhsullar təklif edən brend artıq xarici bazara çıxmağı hədəfləyir: “Bosniya-Herseqovina, Qazaxıstan, Rusiya və Gürcüstan. Avropa ölkələri də var, amma hələ ki, onları sirr saxlayırıq. İnşallah, yaxın 1-2 ay ərzində bizim uğurlarımız haqqında eşidərsiniz. İnanıram ki, biznes sahəsində olduğu kimi, fashion industriyasında da uğurlar əldə edəcəyik”.
“Agazza” tanınmışların sevimli məkanıdır.
Aktyor Ənvər Abbasov: “Agazza”nın özəlliyi budur ki, buradakı parçalardan ancaq burada var. Yəni bir parçanı seçirsən, o parçadan, kostyumdan ancaq səndə olur. Ona görə də buradan geyinirik. Parçalar çox yaxşıdır. Seçim imkanı çoxdur. Xeyirli-bərəkətli olsun. Hamını dəvət edirəm ki, “Agazza”dan geyinsinlər”.
Aktyor Teymur Məmmədov: “Məncə, bütün sənət adamlarının sevdiyi ünvan olacaq. Daha mükəmməl, daha təkmilləşmiş, daha müasir modalar evi kimi fəaliyyətini daha da genişləndirəcək, inşallah. Xeyirli-uğurlu olsun. Çox mübarək olsun. Biz də bütün sevənləri Nizami küçəsi-158 a ünvanına dəvət edirik. Gəlin, geyinin, toylara, şənliklərə, əlamət günlərə gedəsiniz həmişə”.
Əməkdar artist Teymur Əmrah: “Mən də təbrik edirəm “Agazza” dükanını. Arzu edirəm ki, Azərbaycanımızın bütün sənətkarları, gənc müğənniləri bura gəlib özləri üçün gözəl libaslar tikdirsinlər. Uğurlar arzu edirəm. Çox sevindim”.
Aktyor Elməddin Cəfərov: “Burada xoşuma gələn nədir? Sənə demirlər ki, hansı ölçüdə geyinirsən. Usta yarım saat, qırx dəqiqə sənin bütün ölçülərini tamlıqla götürür. Paltar əyninə qutu kimi oturur. Burada yalnız özəl geyimlər hazırlayırlar”.
“Agazza”nı seçənlər libaslarını butikdəki aksesuarlarla tamamlaya bilərlər. Müştərilərə çeşidli köynəklər, qalstuklar, ayaqqabılar, saatlar və s. təklif olunur.
“Agazza” brendi müştərilərə hələ ki, iki butiklə xidmət göstərir. Yaxın gələcəkdə daha iki ünvanda bu brendin məhsullarından yararlanmaq mümkün olacaq.