Qardaş qardaşa böyrək bağışladı
Respublika Müalicəvi Diaqnostika Mərkəzində tibb elmləri namizədi, uroloq-cərrah Rəşad Şolanın rəhbərliyi ilə aparılan əməliyyat nəticəsində 36 yaşlı qardaş böyrəyini xroniki böyrək çatışmazlığından əziyyət çəkən 41 yaşlı qardaşına bağışlayıb.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, uroloq-cərrah deyib: “Təcili əməliyyata göstəriş var idi. Əks halda pasiyenti ömür boyu davam edəcək hemodializ seansları gözləyirdi. Resipiyentin kiçik qardaşı lazım olan analizləri verdikdən sonra məlum oldu ki, onun böyrəyi böyük qardaşına ideal olaraq uyğun gəlir. Ona görə o, böyrəyini qardaşına bağışladı. Uğurla keçən böyrəkköçürmə əməliyyatından sonra xəstə nəinki özünü yaxşı hiss etməyə başladı, həmçinin onun emosional vəziyyəti də yaxşılığa doğru dəyişdi. Əməliyyatın səhəri günü donor sərbəst şəkildə hərəkət etməyə başladı, bir neçə gündən sonra isə qardaşlar evə yazıldılar”.
1766