96 müəllim iş yerini dəyişib
28 iyun 2014 15:03 (UTC +04:00)

96 müəllim iş yerini dəyişib

 

 

Təhsil Nazirliyinin müəllimlərin iş yerini dəyişməsi üzrə keçirdiyi müsabiqə başa çatıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, 2014-cü ilin may ayında yerlərdən daxil olmuş vakansiyalar Təhsil Nazirliyində təhlil olunub və elan edilib. 1-10 iyun tarixlərində elektron ərizələrin qəbulu aparılıb, ərizəsi təsdiq edilmiş 771 nəfər müəllim yerdəyişmə üzrə müsabiqəyə buraxılıb.

 

17-23 iyun 2014-cü il tarixlərində keçirilmiş müsabiqənin 1-ci mərhələsində test tapşırıqlarının yerinə yetirilməsinin nəticəsi olaraq ən yüksək bal toplamış namizədlərdən 140 nəfəri 2-ci mərhələyə-müsahibəyə buraxılıb. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticəsinə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

 

 

Fənlər üzrə nəticələr belə olub: Tarix müəllimi-20 nəfər; İbtidai sinif müəllimi-16 nəfər; Azərbaycan dili və ədəbiyyat müəllimi-11 nəfər; Coğrafiya müəllimi-10 nəfər; Biologiya müəllimi-10 nəfər; Fizika müəllimi-9 nəfər; Riyaziyyat müəllimi-7 nəfər; İngilis dili müəllimi-6 nəfər; Kimya müəllimi-2 nəfər; Musiqi müəllimi-2 nəfər; İnformatika müəllimi-1 nəfər; Rus dili müəllimi-1 nəfər; Fiziki tərbiyə müəllimi-1 nəfər.

 

İş yerini dəyişən 96 müəllimin şəhərlər (rayonlar) üzrə seçimi belə olub: Bakı şəhərini 40 nəfər; Gəncə şəhərini 4 nəfər; Şirvan şəhərini 1 nəfər; Abşeron rayonunu 5 nəfər; Goranboy, Hacıqabul və Tovuz rayonlarının hər birini 4 nəfər; İsmayıllı və Oğuz rayonlarının hər birini 3 nəfər; Ağdam, Bərdə, İmişli və Şəmkir rayonlarının hər birini 2 nəfər; Ağdaş, Ağstafa, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Göyçay, Göygöl,  Laçın, Lənkəran, Masallı, Qəbələ, Qobustan, Quba, Sabirabad, Tərtər, Xaçmaz, Xızı, Yardımlı və Yevlax rayonlarının hər birini isə 1 nəfər seçərək yerini dəyişib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772
avatar

Oxşar yazılar