Bakı şəhəri 95 nömrəli tam orta məktəbin sabiq direktoru Babayev Fuad Polad oğlu 27 noyabr 2017-ci il tarixindən Məktəb-Lisey Kompleksinə direktor vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri Q. Hüseynovun işdən çıxarılmasını əsas gətirərək etiraz aksiyası keçirmişdilər. Lakin BŞTİ-dən direktorun xəstə olduğu üçün işə çıxmadığı bildirilmişdi.