75 yaşlı şair, alim, müəllim
20 may 2014 12:59 (UTC +04:00)

75 yaşlı şair, alim, müəllim

Bu gün görkəmli alim, şair, əməkdar müəllim Musa Quluzadənin 75 yaşı tamam olur. Lent.az-ın məlumatına görə, M. Quluzadə 1939-cu ilin baharında Masallı rayonunun Xıl kəndində anadan olub.

1972-ci ildə V.İ.Lenin adına Mərkəzi muzeyin Bakı filialına mühazirəçi vəzifəsinə qəbul olunan M. Quluzadə sonradan elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlir.

M. Quluzadə muzeydə işləyərkən dissertasiya yazaraq, tarix elmləri namizədi olur.  O respublikada ilk olaraq «Dövlət və din münasibətləri» mövzusunda dissertasiya yazıb.

Onun povest, hekayə və şeirlərdən ibarət 15 kitabı, 100-dən artıq elmi-publisistik məqaləsi və bir neçə monoqrafiyası çap olunub. Ölkəmizdə təhsilin inkişafındakı xidmətlərinə görə «Əməkdar müəllim» fəxri adına layiq görülüb. M.Quluzadə Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Qızıl qələm» mükafatçısıdır.

Musa müəllim bu gün də yazır, yaradır...Həmin cavanlıq enerjisiylə...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar