75 nəfər əlil Nabrana göndərilib
02 iyun 2014 10:36 (UTC +04:00)

75 nəfər əlil Nabrana göndərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 75 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə göndərilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.  Bununla da son yarım ay ərzində istirahət mərkəzlərinə yola salınan əlilliyi olan şəxslərin sayı artıq 155 nəfərə çatıb.

 

Tədbir “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur. İstirahət zamanı əlilliyi olan şəxslər üçün maraqlı gəzintilər, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil edilir. Eyni zamanda, onlar fizioterapevtik müalicə  prosedurlarına cəlb olunurlar.

Qeyd olunan Proqrama uyğun olaraq, cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə  istirahətə göndərilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar