“Yataqxanalarda məskunlaşan 15 min ailə, təxminən 70 min məcburi köçkün 2016-cı ildə salınacaq qəsəbələrə köçürüləcək”.
APA-nın verdiyi məlumata görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov deyib.
G. Fərhadov bildirib ki, yaşayış qəsəbələrinin salınması üçün artıq 500 hektar ərazi alınıb.
O, hər il Dövlət Neft Fondundan məcburi köçkünlər üçün mənzillərin tikilməsi üçün 300 milyon manat ayrıldığını, bu vəsait hesabına 4 min məcburi köçkün ailəsi üçün mənzillər tikildiyini qeyd edib.