70706 şagird imtahan verəcək
05 iyun 2014 14:28 (UTC +04:00)

70706 şagird imtahan verəcək

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də Bakı və Sumqayıt şəhərlərində ilk buraxılış imtahanları keçirəcək. Komissiyadan Lent.az-a verilən məlumata görə, həmin gün eyni zamanda qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.


Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçiriləcək.


Həmin imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə mayın 26-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Bu imtahanlarda ümumilikdə 70706 şagirdin imtahan verəcəyi gözlənilir.
 

Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 735

Oxşar yazılar