6 yaşlı İlhaməni xilas edək!
28 sentyabr 2013 18:44 (UTC +04:00)

6 yaşlı İlhaməni xilas edək!

6 yaşlı İlhamə Beta Talassemiya Major xəstəsidir. 40 günlüyündən bu yana ona ayda 2-3 dəfə qan köçürülür. Onu həyatda saxlamaq üçün bədəninin yarada bilmədiyi hemoqlobinin ağrılı proses bahasına olsa da, ona verilməsi zəruridir. Çox təəssüf ki qan bədənə köçürüldükcə körpə uşağın bədənində dəmir kütləsini artırır və getdikcə onu həyatda saxlayan qan onun üçün təhlükəyə çevrilir. Lakin getdikcə körpənin ciyəri və dalağı şişir, qan köçürmək üçün damarı çətinliklə tapılır. Hər gecə onun göbəyinə xüsusi aparatla 6-7 saat dərman inyeksiya edilir.

 

Xəstəlik birdəfəlik əməliyyat yolu ilə müalicə edilə bilər. Bunun üçün körpəyə sümük iliyi nəql edilməlidir. Əməliyyat çox bahalı olduğu üçün ailənin gücü çatmır. İlhamənin sağalması üçün ona 100 min avro vəsait lazımdı.

 

Kömək etmək istəyənlər (+99455) 204 73 75 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1622
avatar

Oxşar yazılar