Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz”dan Lent.az-a verilən xəbərə görə, qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13.00-dan 14.30-dək Hacıqabul və Şamaxı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Eyni zamanda, saat 15.00-dan 16.00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 14.00-dan 18.00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16.00-dan 18.00-dək isə Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.