50 nəfər əlilə mənzil verilib
01 oktyabr 2013 17:55 (UTC +04:00)

50 nəfər əlilə mənzil verilib

1 Oktyabr- Beynəlxalq Ahıllar günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturları ahıl vətəndaşlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edib, müxtəlif xeyriyyə və mədəni-kütləvi tədbirlər həyata keçiriblər. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Tədbirlərə respublika üzrə ümumilikdə 10 minlərlə ahıl və əlil vətəndaş cəlb olunub.

Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki, hazırda respublikada 400 min nəfərdən çox ahıl insan yaşayır. Hazırda ölkə üzrə 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə evlərində sosial-məişət xidməti göstərilir ki, onlardan  12 min nəfərə yaxını 70 yaşdan yuxarı olanlardır. Eyni zamanda, bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 700 nəfərdən çox Böyük Vətən müharibəsi əlili və iştirakçısı minik avtomobili, həmin təbəqədən olan 50 nəfərə yaxın ahıl isə mənzillə təmin edilib. Həmçinin dövlət qarşısında xüsusi xidmətləri olmuş ahıllar Azərbaycan Respublikası Prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort putyovkaları ilə təmin edilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar