Prezident İlham Əliyev beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında fərman imzalayıb.
Lent.az-ın məlumatına görə, fərmanla beşdən çox uşağı olan qadınlara müavinətin məbləği hər uşaq üçün 30 manat müəyyən edilib.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.