
44 dərəcə isti - Əhaliyə XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində gözlənilən anomal isti hava ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən xəbərə görə, bu gün ölkə ərazisində anomal isti hava şəraiti davam edir. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etmək tövsiyə olunur.
Anomal isti hava şəraiti iyulun 4-də də davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39-41, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində 40-44, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.
Cənub-şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 25-27, gündüz 39-41 dərəcə isti olacağı gözlənilir.
İyulun 4-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 28-29, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti təşkil edəcək.
Cənub-şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.
Azərbaycanın rayonlarında iyulun 4-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 22-27, gündüz 39-44, dağlarda gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Oxşar yazılar

Tezliklə arzularını reallaşdıracaq BÜRCLƏR
10 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
10 iyul 2025 , 08:20
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
9 iyul 2025 , 19:11
Məhəmməd Salah Bodrumda villa aldı: Dəyəri heyrətamizdir
9 iyul 2025 , 18:45
Yalnız bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: siyahıda kimlər var?
9 iyul 2025 , 18:32
Bakıda motosiklet, skuter və velosiped sürücülərinə qarşı reyd - VİDEO
9 iyul 2025 , 17:05
Tələbələrin köçürülməsi bu tarixdən başlayır
9 iyul 2025 , 17:03