4350 əlilə bərpa-müalicə xidməti göstərilib-STATISTIKA
23 iyul 2013 16:39 (UTC +04:00)

4350 əlilə bərpa-müalicə xidməti göstərilib-STATISTIKA

Son 6 ayda 4350 əlilə bərpa-müalicə xidməti göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent. az-a verilən məlumata görə, respublikanın 14 regionu üzrə Nazirliyin tabeliyində olan bərpa-müalicə müəssisələrində hər il təqribən  9 minə yaxın əlil bərpa-müalicə xidməti ilə təmin olunur. Bu istiqamətdə aparılan işlər əlillərin reabilitasiyasında önəmli rol oynayır. Belə ki, cari ilin 6 ayında əlillər arasında tam reabilitasiya göstəricisi 3300 nəfərə yaxın olub.

 

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10-15%-dir. Azərbaycanda isə bu rəqəm 4,4% təşkil edir ki, bu da dünya üzrə ən aşağı göstəricilərdəndir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321
avatar

Oxşar yazılar