24 yaşlı gəncə kömək lazımdır
26 dekabr 2014 14:16 (UTC +04:00)

24 yaşlı gəncə kömək lazımdır

24 yaşlı Şəfiqənin müalicəsi üçün bank hesabı açılıb.  Şəfiqə Cəfərova 1990-sı ildə Gəncədə ziyalı ailəsində doğulub. 2007-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə qəbul olunub. 2012-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirib və həmin il Azərbaycan Tibb Universitetinin rezidenturasına daxil olub. Hazırda Azərbaycan Tibb Universiteti rezidenturasının III kurs tələbəsidir.

24 yaşlı Şəfiqə çox ciddi xəstəlikdən əziyyət çəkir. O, hazırda sistemli vaskulit, kəskin böyrək çatışmazlığı və ürək çatışmazlığı diaqnozu ilə İstanbul Yedditəpə Universiteti xəstəxanasının intensiv terapiya şöbəsində müalicə olunur.

Şəfiqənin müalicəsi hemodializ və plazmaferez tətbiq edilməklə aparılır. Həkimlər onun müalicəsi üçün uzunmüddətli intensiv terapiyanın lazım olduğunu bildiriblər.

Bəllidir ki, xarici ölkədə sistemli vaskulit, kəskin böyrək çatışmazlığı və ürək çatışmazlığı kimi diaqnozla, hemodializ və plazmaferez tətbiq edilməklə aparılan bir uzunmüddətli intensiv terapiya böyük maliyyə vəsaiti tələb edir.

Şəfiqənin müalicəsi üçün 150.000 manat məbləğində vəsait lazımdır. Bu vəsaitin toplanmasına yardım göstərilməsi üçün Şəfiqə Cəfərovanın bacısı Ülviyyə Cəfərovanın adına Beynəlxalq Bankda hesab açılıb.

Şəfiqənin nicatına yardım göstərmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:

Bankın adı: Beynəlxalq Bank
Bankın kodu: 805614
Müxbir hesab: AZ03NABZ01350100000000002944
VÖEN: 9900001881
SWIFT: IBAZAZ2X
Müştərinin adı: Cafarova Ulviyya Cahangir
Müştərinin hesabı: AZ50IBAZ33801019443104131207

Əlaqə telefonu: (050) 567 66 17

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar