20 ildə xərçəng xəstələrinin sayı 22 milyona çatacaq
14 mart 2014 14:41 (UTC +04:00)

20 ildə xərçəng xəstələrinin sayı 22 milyona çatacaq

2012-ci ildə dünyada onkoloji patologiyalar 8,2 milyon insanın ölümünə səbəb olmuşdusa, 20 ildən sonra xərçəng xəstəliyinə tutulanların sayı 2 qat artacaq və 13 milyon insan bu xəstəlikdən dünyasını dəyişəcək. Lent.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər yayıb. 2012-ci ildə dünyada 14 milyon olan yeni xərçəng xəstəsi sayının gələcək 20 ildə 22 milyona çatması gözlənilir. Hesabata görə, 2012-ci ildə onkoloji xəstələrə ən çox ağciyər, süd vəzisi və bağırsaq xərçəngi diaqnozu qoyulub. Ən çox ölüm hallarının da ağciyər xərçəngi xəstələri arasında baş verdiyi bildirilib: “Son 6 ilin müqayisəsi xəstəliyin sürətlə artdığını göstərir, xüsusilə orta və aşağı gəlirli ölkələrdə bu göstərici daha yüksəkdir. Xərçəng qlobal problemdir və sadəcə, xəstəliyi müalicə etməklə onun qarşısını almaq mümkün deyil”.

 

Təşkilatın Elmi şurası xəstəlik riskini artıran səbəblər kimi siqareti, fastfudlu qidaları və fiziki aktivliyin azlığını göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732

Oxşar yazılar