1380 əmanətçi SSRİ-dən qalan bank əmanətini almayıb
27 dekabr 2013 15:03 (UTC +04:00)

1380 əmanətçi SSRİ-dən qalan bank əmanətini almayıb

Ötən il iyunun 1-də başlanan SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi 2013-cü il dekabrın 31-də başa çatır.


 

Ötən dövr ərzində vətəndaşların müraciətləri əsasında 1 622 345 əmanət hesabı üzrə 597 320 421 manat məbləğində vəsait ödənilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın sədri Razim Vəiyev bəyan edib.


R.Vəliyev bildirib ki, ümumilikdə hesablamalara görə, ödəmələrin verilməsi təxminən 2,4 min əmanət hesabını əhatə etməli idi, lakin göründüyü kimi, real göstərici daha aşağı olub. Qalan hissəni əsasən müraciət edilməyən hesablar təşkil edir. R.Vəliyevin fikrincə, müraciətin edilməməsinin əsas səbəbi həmin hesablarda əmanətlərin kiçik məbləğdə olması ilə bağlıdır.


R.Vəliyevin sözlərinə görə, Komissiyanın qərarları əsasında 108 176 əmanət hesabına münasibətdə itirilmiş və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşmüş əmanət kitabçasını əvəz edən sənəd verilib ki, birdəfəlik ödəmələr həmin qərarlara əsasən həyata keçirilib. Eyni zamanda Komissiyaya daxil olmuş 5 minə yaxın ərizə, 1 200-yə yaxın elektron müraciət, Komissiyanın «qaynar xəttinə» daxil olmuş 30 mindən artıq müraciət operativ şəkildə araşdırılaraq cavablandırılıb.


R.Vəliyev bir daha elan edib ki, ödəmələrin verilmə prosesinin başa çatmasına bir neçə gün qalıb. Ümumilikdə, bu günə kimi təxminən 1 380 əmanətçi var ki, onlar gəlib öz vəsaitlərini götürməlidir. Qeyd edək ki, bunlar ötən ilin dekabrın 31-dən müraciət edən, lakin hələlik ödəmələrini götürməyənlərdir.


R.Vəliyev həmçinin bəyan edib ki, SSRİ dövründən qalan bank əmanətlərinin qaytarılması problemi ilə bağlı Azərbaycanda MDB ölkələri arasında ən irihəcmli və çevik mexanizm tətbiq edilib. Belə ki, Azərbaycanda hər 1 000 rubla görə təxminən 190 dollar ödənilib və bundan əlavə müraciətə baxılma və verilmə müddətləri də çox qısa olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715
avatar

Oxşar yazılar