1200 nəfər əlil maddi yardımla təmin olunub
31 iyul 2014 15:10 (UTC +04:00)

1200 nəfər əlil maddi yardımla təmin olunub

Bu ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ayrı-ayrı ildönümlərlə əlaqədar və sosial-məişət problemlərinin həllinə köməklik  məqsədilə ümumilikdə 1200 nəfər əlilliyi olan şəxs və 115 şəhid ailəsi birdəfəlik maddi yardımla təmin olunub. Nazirlikdən Lent.az-a verilən məlumata görə, 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar 115 nəfər 20 Yanvar şəhidinin ailəsinin, 319 nəfər 20 Yanvar əlilinin hər biri 50 manat, sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü ilə əlaqədar Əfqanıstan Respublikasında hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 196 nəfər şəxsin hər biri 100 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub. Çernobıl AES-də baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş 468 nəfər şəxsin də hər birinə ötən ildəki ilə müqayisədə 66,6 faiz çox, yəni 50 manat  məbləğində birdəfəlik maddi yardım verilib.

ƏƏSMN-nin müvafiq Komissiyası tərəfindən sosial müdafiəyə daha çox ehtiyacı olan 217 nəfər əlilliyi olan şəxsin müraciətinə baxılıb və onlara ümumilikdə 38930 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu göstəricilər ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə 2.93 dəfə və 5.91 dəfə çoxdur. Əlilliyi olan şəxslərdən ölkə daxilində müalicəsinə maddi köməklik göstərilənlərin sayı 11 nəfər, respublikadan kənar müalicəyə göndərilməsinə köməklik göstərilənlərin sayı isə 15 nəfər təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar