Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanlarına buraxılmayan şagirdlərin siyahısını açıqlayıb. Komissiyadan Lent.az-a verilən məlumata görə, həmin şagirdlər imtahana buraxılmasalar da, 2013/2014-cü tədris ilində məlumatları "Şagird-məzun" sisteminə daxil edilib.
Komissiyadan verilən məlumatda o da qeyd olunub ki, həmin şagirdlərin sayı 1087 nəfərdir. Onlar təhsildən yayındığı, həmçinin xarici ölkəyə köçdükləri və təhsil müəssisəsindən xaric edildikləri üçün bilikləri qiymətləndirilməyəcək.