Daxili işlər orqanlarında yeni təyinat olub.
Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Çevik Polis Alayının qərargah rəisi, polis polkovniki Elnur Kərimov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.
Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi olmuş Sərdar Səfərov isə Bakı şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini olmuş polis general-mayoru Zaur Abdullayev isə DİN-in Nəqliyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.