yaralı əsgər Rüstəm Məmmədov
09 dekabr 2020 12:02 (UTC +04:00)

yaralı əsgər Rüstəm Məmmədov

Vətən müharibəsində yaralanan əsgərin ailəsinə köməklik edilib - FOTO

0

"Nazirlik əməkdaşları Vətən müharibəsində yaralanmış Rüstəm Məmmədov və onun ailə üzvləri ilə görüşüblər".

Lent.az məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, Göyçay rayonu, Müskürlü kəndində yaşayan ailənin yaşayış vəziyyəti öyrənilib:

"Ailəyə bildirilib ki, Rüstəmin əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti işlər aparılacaq.

Qeyd edim ki, ona əlillik dərəcəsi təyin edildiyi halda müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlərlə (təqaüd və müavinət) təmin olunacaq.

Rüstəmin atası Ramazan Məmmədov və qardaşı Ruslan hazırda işləyirlər. Anası və orta məktəbi bitirmiş bacısı işsiz olduqları üçün onlara rayon ərazisində vakansiyalar, özünüməşğulluq proqramına cəlb edilmələri təklif edilib. Lakin anası yalnız kənd bağçasında işləyə biləcəyini (hazırda bağçada vakant yer yoxdur) deyib. Bacısının isə yalnız kəndlərində işləmək istəyinə uyğun olaraq ona bu istiqamətdə dəstək göstərilməsi üçün işlər görülür. Ailənin daha bir uşağı isə məktəblidir.

Ailə istifadəsində olan, lakin hələ də Rüstəmin vəfat etmiş nənəsinin adına olan torpaq sahəsini öz adına rəsmiləşdirərsə, ünvanlı yardım üçün müraciət edə biləcək. Bu barədə də ailə üzvlərinə məlumat verilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 798

Oxşar yazılar