Vətən müharibəsində yaralanan zabitimiz vəfat edib.
Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı yaralanan Daxili Qoşunların zabiti? leytenant Nəbizadə Rüfət Ağayar oğlu bu gün dünyasını dəyişib.
"Bir müddət Daxili İşlər Nazirliyinin hospitalında müalicə alan zabitimiz həkimlərin səylərinə baxmayaraq, bu gün dünyasını dəyişib. Daxili İşlər Nazirliyi olaraq zabitimiz yaxınlarına baş sağlığı veririk."
Sail Ağasəlim