Vasif Talıbovun polislə bağlı qoyduğu qayda  ləğv olundu
28 mart 2023 15:56 (UTC +04:00)

Vasif Talıbovun polislə bağlı qoyduğu qayda ləğv olundu

Naxçıvanda polis sahə müvəkkillərinin kütləvi şəkildə sərəncama göndərildiyi bildirilir. 

Lent.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu addıma səbəb kəndlərdəki polis məntəqələrinin ixtisara salınmasıdır. 

2008-ci ildən bəri Ali Məclisin keçmiş sədri Vasif Talıbovun göstərişi ilə Naxçıvanın bütün kənd və qəsəbələrinin hər birində polis məntəqələri yaradılmışdı. Bu məntəqələrin hər birində müvəkkil vəzifəsi yaradılmışdı. Məlumata görə, yeni qərara səbəb ixtisar aparmaqla büdcəyə qənaət etməkdir. 

Məlumatı bir qrup sahə müvəkkili də təsdiqləyib. Onlar isə iddia edirlər ki, Naxçıvanın yeni daxili işlər naziri Süleyman Neymətov köhnə komandadan qurtulmaq üçün bu addımı atır:

“Naxçıvandakı sahə müvəkkillərinin yarıdan çoxu bir neçə gündür ki, sərəncama göndərilib. Bizə verilən məlumata görə, artıq hər kənddə polis məntəqəsi olmayacaq. 3-4 kəndi birləşdirib bir polis məntəqəsi edəcəklər. 

Sərəncama göndərilən hər kəsə deyiblər ki, işlə təmin olunacaqlar. Hələlik gözləyirik. Sərəncama göndərilənlərin hamısının işə qaytarılacağına inam yoxdur. Nazir dəyişəndən sonra bir neçə rəis və yüksək vəzifəli polis zabiti işindən azad olunub. Onların hamısını keçmiş nazirin yaxın adamları kimi yola salıblar. Çox güman ki, sahə müvəkkillərini də saf-çürük edəcəklər. İnanmadıqları, etibar etmədikləri, keçmiş nazirə yaxın hesab etdikləri adamları işlə təmin etməyəcəklər. Bu isə çoxlu sayda polis zabitinin işsiz qalmasına səbəb olacaq”.

# 1719
avatar

Oxşar yazılar

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

29 may 2023 , 14:50
Sabah 36 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

29 may 2023 , 12:14
2023-cü ildə iki bürc üçün  zənginlik və uğur   PROQNOZU

2023-cü ildə iki bürc üçün zənginlik və uğur PROQNOZU

29 may 2023 , 09:09
APA TV 10 YAŞINDA

APA TV 10 YAŞINDA

29 may 2023 , 09:00
Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39