Valideynlər uşaqla ev tapşırığı etməlidirlər? - PSİXOLOQ İZAH ETDİ
07 sentyabr 2023 15:10 (UTC +04:00)

Valideynlər uşaqla ev tapşırığı etməlidirlər? - PSİXOLOQ İZAH ETDİ

Yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb. Uzun müddətlik tətildən sonra uşaqlar dərsə adaptasiya olunmaqda müəyyən çətinliklə qarşılaşa bilərlər. 

Maraqlıdır, uşaqların dərsə adaptasiya olunmasında valideynlərin rolu nədən ibarətdir?

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova Lent.az-a açıqlamasında bildirib ki, valideynlər övladlarının dərsləri ilə yaxından məşğul olmalıdır. 

Onun sözlərinə görə, xüsusilə ibtidai sinifdə oxuyan uşaqlara mütləq nəzarət olunmalıdır:

“Nəzarət altında dərs hazırlayan uşaqlar gələcəkdə daha böyük uğurlar əldə edə bilərlər. Uşaqların həyatında mühüm dönüş nöqtələrindən biri məktəbə başlama prosesidir. Məktəbə başlayan uşaq tanımadığı böyük bir sosial mühitə qarışır. Uşaqlar üçün həyəcan və xoşbəxtliyi ehtiva edən bu proses bəzi qorxu və təlaş da gətirir. Xüsusilə ibtidai sinifdə oxuyan uşaqların valideynləri mütəmadi olaraq sinif rəhbəri ilə daim ünsiyyətdə olmalıdır. Valideynlər müəllimi aktiv şəkildə dinləyib qeydlər aparmalı, həll yönümlü və dəstəkləyici olmalıdır. Bu uşağın inkişafı və təhsili üçün sağlam bir addım olacaq. Həmçinin uşaqlarla bağlı hər hansı bir vəziyyətdə sinif müəllimindən və ya mütəxəssisdən  kömək almaqdan çəkinməyin”.

# 3681
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Selektiv abort cinayətdirmi?

Selektiv abort cinayətdirmi?

11 dekabr 2023 , 15:21
Meteohəssas insanlara  XƏBƏRDARLIQ

Meteohəssas insanlara XƏBƏRDARLIQ

11 dekabr 2023 , 14:31
Külək güclənəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

Külək güclənəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

11 dekabr 2023 , 13:38
Qızılcanın  hansı əlamətləri   var? -  CAVAB

Qızılcanın hansı əlamətləri var? - CAVAB

11 dekabr 2023 , 13:17
Moskavya son yarım əsrin  ən güclü qarı   yağacaq

Moskavya son yarım əsrin ən güclü qarı yağacaq

11 dekabr 2023 , 13:07
Qızılca ilə bağlı valideynlərə  ÇAĞIRIŞ

Qızılca ilə bağlı valideynlərə ÇAĞIRIŞ

11 dekabr 2023 , 12:46
Sabah  güclü qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

11 dekabr 2023 , 12:24
Azərbaycanda  xüsusi karantin   rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

11 dekabr 2023 , 12:06