Üzərindən narkotik tapılan keçmiş məhkum OĞRU ÇIXDI
10 sentyabr 2022 12:02 (UTC +04:00)

Üzərindən narkotik tapılan keçmiş məhkum OĞRU ÇIXDI

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Kərimovdan heroin aşkar olunub. 

DİN-dən Lent.az-a verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Qaraçuxur qəsəbəsi ərazisində xətt avtobusunda Bakı şəhər sakini olan bir qadının çantasından 224 manat pul, Yeni Günəşli qəsəbəsindəki evlərin birindən içərisində 600 manat, sənəd və bank kartı olan cüzdan, Zığ qəsəbəsindəki evlərin birindən isə mobil telefon oğurlaması müəyyən edilib. 

Araşdırma aparılır.

# 1686
avatar

Oxşar yazılar