ÜST üçüncü cinsi rəsmən  tanımağa hazırlaşır
13 iyul 2022 10:59 (UTC +04:00)

ÜST üçüncü cinsi rəsmən tanımağa hazırlaşır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gender problemlərinə diqqət çəkərək, insan cinsinin yalnız kişi və qadınla məhdudlaşmadığını bəyan edir.

Lent.az-ın “İzvestiya”ya istinadən  məlumatına görə, təşkilatın 12 iyulda yaydığı bəyanatda gender, səhiyyə və inkişaf sahəsində konseptual proqresə nail olmağı hədəflədiyi bildirilib.

Təşkilat gender məsələlərinə klassik yanaşmalardan kənara çıxıb, gender problemlərinin və seksual müxtəlifliyin qəbul edilməsinə çalışacaq. Təşkilat insan cinsinin yalnız qadın və kişidən ibarət olmadığını əsas gətirərək, yaxın zamanlarda üçüncü cinsi rəsmən tanımağı planlayır.
 

# 1635
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar