Uşaqların dini ibadətə məcbur edilməsi QADAĞAN EDİLİR
13 aprel 2021 18:38 (UTC +04:00)

Uşaqların dini ibadətə məcbur edilməsi QADAĞAN EDİLİR

Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir.

APA-nın məlumatına görə, bu, “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.

Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.

Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3759
avatar

Oxşar yazılar